İlham Əliyev Yakov Milatoviçə başsağlığı verib

Xəbərlər

02.01.2025 - 19:08

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan Prezidenti Monteneqro Prezidentinə məktub göndərib

Azərbaycan Prezidenti İlham Əliyev Monteneqronun Prezidenti Yakov Milatoviçə başsağlığı məktubu göndərib.

AYNA-nın məlumatına görə, məktubda deyilir:

"Çetinye şəhərində silahlı hücum nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Monteneqro xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş