İlham Əliyev: “Xəbər bizi ciddi şəkildə narahat etdi”

Xəbərlər

19.05.2024 - 19:55

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan lideri İrana dəstək təklif edib: “Hər cür dəstək göstərməyə hazırıq”

“Bu gün İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə dostcasına xudahafizləşdikdən sonra ali nümayəndə heyətini daşıyan helikopterin İranda qəza enişi etməsi barədə xəbər bizi ciddi şəkildə narahat etdi”.

AYNA xəbər verir ki, bu barədə Azəərbaycan Prezidenti İlham Əliyev "X" sosial şəbəkəsində paylaşım edib.

“Uca Allahdan dualarımız Prezident İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyəti ilədir. Qonşu, dost və qardaş ölkə olaraq Azərbaycan Respublikası hər cür dəstək göstərməyə hazırdır”, - deyə paylaşımda bildirilir.

Müəllif: Ayna.az