İlham Əliyev Türkmənistana işgüzar səfər edib

Xəbərlər

22.08.2025 - 09:07

Azərbaycan Prezidenti Türkmənistan Xalq Məsləhətinin sədrinin dəvəti ilə səfər edib

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə avqustun 22-də Türkmənistana işgüzar səfər edib.

AYNA.AZ xəbər verir ki, Türkmənbaşı şəhərinin Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Türkmənistan Nazirlər Kabineti sədrinin ticarət üzrə müavini Nökərqulu Ataqulıyev və digər rəsmi şəxslər qarşılayıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş