İlham Əliyev Samanta Mostini təbrik edib

Xəbərlər

26.01.2026 - 13:39

Prezident Avstraliyanın General-Qubernatoruna təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Samanta Mostinə təbrik məktubu ünvanlayıb.

AYNA.AZ xəbər verir ki, məktubda deyilir:

"Hörmətli xanım General-Qubernator,

Avstraliya İttifaqının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, Azərbaycan ilə Avstraliya arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq ruhunda inkişafı, qarşılıqlı faydalı əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş