İlham Əliyev Qırğızıstan parlamentinin sədrini qəbul edib

Xəbərlər

17.12.2019 - 17:33

Həkimlər Klinikalar SEO Xidməti

Jumabekov TÜRKPA-nın Bakıda keçiriləcək 9-cu plenar iclasında iştirak etmək üçün Azərbaycana gəlib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Qırğız Respublikası parlamentinin - Joqorku Keneşin sədri Dastanbek Cumabekovu qəbul edib.

 

AYNA xəbər verir ki, Joqorku Keneşin sədri Dastanbek Cumabekov Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovun salamlarını dövlət başçısına çatdırıb.

 

Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Qırğızıstan Prezidentinə çatdırmağı xahiş edib.

 

Görüşdə bu ilin oktyabrında Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün uğurla keçirildiyi, Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovun da bu toplantıda iştirak etdiyi və dövlətimizin başçısı ilə görüşü məmnunluqla xatırlanıb. Bu görüş zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq məsələlərinin müzakirə olunduğu bildirilib. Azərbaycanın TÜRKPA-nın IX plenar iclasına uğurla ev sahibliyi edəcəyinə əminlik ifadə olunub.

 

Söhbət zamanı xalqlarımızın ortaq köklərə və mədəniyyətə malik olduğu qeyd edilib, Türk Şurası, Türkdilli Ölkələrin Parlament Assambleyası çərçivəsində də əməkdaşlığın önəmi bildirilib.

 

Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, Bakı və Bişkek şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

 

Xatırladaq ki, Qırğızıstan Respublikası Joqorku Keneşinin Sədri Dastanbek Jumabekov TÜRKPA-nın Bakıda keçiriləcək 9-cu plenar iclasında iştirak etmək üçün bu gün Azərbaycana səfərə gəlib.

 

Dastanbek Jumabekovu Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov qarşılayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş