“Onun vəfatı İran üçün böyük itkidir”
Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana bu ölkənin Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyinin ölümü ilə bağlı başsağlığı verib.
AYNA.AZ xəbər verir ki, başsağlığında deyilir:
"Hörmətli cənab Prezident,
İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyinin faciəvi vəfatı xəbəri bizi dərindən kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və dost İran xalqına dərin hüznlə başsağlığımızı ifadə edir, səbir və dözüm arzulayırıq.
Ayətullah Seyid Əli Xameneyi uzun illər ərzində İran dövlətinin və cəmiyyətinin həyatında mühüm rol oynamış, ölkəsinin siyasi və dini həyatında xüsusi yer tutmuş şəxsiyyət olmuşdur. Onun vəfatı İran üçün böyük itkidir.
Bu çətin gündə dost və qardaş İran xalqına sülh, sabitlik və əmin-amanlıq arzulayırıq".