Prezident Milli Qəhrəmanın adını daşıyan məktəbdə açılışda olub
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda açılışda iştirak edib.
AYNA xəbər verir ki, ölkə başçısı Suraxanı rayonunun Əmircan qəsəbəsində Milli Qəhrəman Albert Aqarunovun adını daşıyan 154 nömrəli məktəbin yeni binasının açılışında olub.
Prezident həmçinin Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində Murtuza Muxtarov adına parkın açılışında da iştirak edib.