İlham Əliyev Karol Navrotskiyə təbrik ünvanlayıb

Xəbərlər

10.06.2025 - 17:16

cedabet dərman SEO Xidməti

Azərbaycan Prezidenti Polşanın yeni Prezidentini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Respublikasının yeni seçilmiş Prezidenti Karol Navrotskiyə təbrik ünvanlayıb.

AYNA.AZ xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Navrotskiy,

Polşa Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimiyyətlə təbrik edirəm.

Azərbaycan ilə Polşa arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Polşa xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş