İlham Əliyev iki ölkədən gələn elçiləri qəbul edib

Siyasət

24.09.2019 - 12:41

Dövlət başçısı ölkəmizə yeni təyin olunan səfirlərin etimadnaməsini qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də iki ölkənin Azərbaycana yeni təyin olunmuş səfirlərini qəbul edib.

 

AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, dövlət başçısı öncə Xorvatiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Branko Zebiçin etimadnaməsini qəbul edib.

 

Daha sonra Azərbaycan Prezidenti Litvanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Egidiyus Navikasın etimadnaməsini qəbul edib.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə