İlham Əliyev Ərdoğana zəng edib

Xəbərlər

09.03.2026 - 20:14

Azərbaycan Prezidenti Türkiyəyə raket hücumunu qınayıb, qardaş xalqa dəstəyini ifadə edib

Martın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. AYNA.AZ xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.

Dövlət başçısı Türkiyə Respublikasının ərazisinə qarşı həyata keçirilmiş raket hücumunu qınayıb, qardaş Türkiyə xalqına dəstəyini ifadə edib.

Rəcəb Tayyib Ərdoğan telefon zənginə və mövqeyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş