Prezident Mingəçevirdə Çinin "Dongfang Electric International Corporation" Şirkətinin İdarə Heyətinin sədrini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçevirdə Çinin "Dongfang Electric International Corporation" Şirkətinin İdarə Heyətinin sədri Çen Qianqı qəbul edib.
AYNA.AZ xəbər verir ki, görüşdə "Dongfang Electric International Corporation" şirkətinin "8 Noyabr" elektrik stansiyasının inşasında iştirakının roluna toxunulub, Azərbaycanla Çinin bu şirkəti arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda xatirə şəkli çəkdirilib.
