İki nəfər bağlı qapı arxasında, dörd nəfər liftdə qalıb

Hadisə

27.09.2019 - 10:35

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerlərinə cəlb olunub

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı və Yasamal rayonlarında ayrı-ayrı ünvanlarda 2 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

 

Ötən sutka ərzində FHN-in “qaynar xətt”inə Bakı şəhərinin Yasamal və Binəqədi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı isə 3 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 nəfərin liftdən çıxarılması təmin edilib.

Müəllif: Ayna.az