İki marşrut xəttinin hərəkətində dəyişiklik ediləcək

Cəmiyyət

20.04.2021 - 01:56

Həkimlər Klinikalar SEO Xidməti

Bakı Nəqliyyat Agentliyi məlumat yayıb 

 

Bu gündən Xudu Məmmədov küçəsinin Çingizxan Kərimov küçəsi ilə kəsişməsindən Məhəmməd Hadi küçəsinin kəsişməsinə qədər olan hissəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. 

 

Bu barədə AYNA-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

 

Bildirilib ki, bununla əlaqədar 51 və 57 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri X.Məmmədov küçəsi - Rahib Məmmədov küçəsi – Aşıq Ələsgər küçəsi – Ukrayna dairəsi  - Məhəmməd Hadi küçəsi ilə müvəqqəti təşkil ediləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş