“Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”
Avqustun 10-da və 11-də polis əməkdaşları narkotik vasitənin aşkar edilməsi üçün əməliyyat keçiriblər.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 35 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,7 kiloqramdan artıq heroin, 31 kiloqrama yaxın marixuana, 1,9 kiloqrama yaxın metamfetamin, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 23 ədəd çətənə kolu olub.
DİN-dən bildirilib ki, bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.