Balakəndə üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub
AYNA APA-ya istinadən xəbər verir ki, hadisə Balakən şəhər ərazisində, “Konserv dairəsi” adlanan ərazidə olub. Belə ki, Balakən rayonu Talalar kənd sakini Əhməd Qərzəliyevin idarə etdiyi “VAZ-21011” minik avtomobili ilə Hənifə kənd sakini Kamran Uzunovun idarə etdiyi “VAZ-21011” markalı avtomobil toqquşub.
Qəza zamanı hər iki avtomobilin sürücüsü və Ə. Qərzəliyevin idarə etdiyi avtomobildə olan sərnişin Sərxan Ustayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.