İctimai nəqliyyat iki gün işləməyəcək

Cəmiyyət

06.02.2021 - 00:28

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir

 

Bu gündən fevralın 8-dək saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

 

AYNA-nın məlumatına əsasən, ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında edilən dəyişikliyə əsasən həyata keçirilir.

 

Mart ayının sonuna kimi ictimai nəqliyyatın hərəkəti hər həftəsonu dayandırılacaq.

 

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş