“Sizin kimi media vasitələri hesabına bir çox problemləri dövlətimizə və cəmiyyətimizə çatdıra bilirik”
Bir müddət bundan əvvəl Milli Hematologiya və Transfuziologiya Mərkəzində (MHTM) hepatit C virusuna yoluxmaların qeydə alınması ilə bağlı məlumat vermişdik. Belə ki, bir qrup şəxs AYNA-nın redaksiyasına şikayət məktubu ünvanlayaraq, övladlarının mərkəzdə virusa yoluxduğunu, buna baxmayaraq, tibb müəssisəsinin hepatit C virusunun müalicəsi üçün heç bir dərmanın alınmasında və müayinənin həyata keçirilməsində köməklik göstərmədiyini bildirmişdi.
Bu gün isə “Leykemiya ilə mübarizə” İctimai Birliyinin sədri Merhriban Bağırpova AYNA-ya məktub ünvanlayaraq, leykemiyalı uşaqların artıq hepatitin müalicəsində lazımi dərman prepartalarını pulsuz əldə edə bildiyini söyləyib: “Sizin kimi heç nədən çəkinməyən media vasitələri hesabına bir çox problemləri dövlətimizə və cəmiyyətimizə çatdıra və həlli yollarını əldə edə bilirik. Yaxşı ki, varsız”.