İcazə üçün 8,2 milyon SMS göndərilib

Xəbərlər

13.04.2020 - 16:35

Həkimlər Klinikalar SEO Xidməti

Karantin rejimi qaydalarına zidd olan 65 min icazə icazə-e-gov.az portalından ləğv edilib

 

Karantin rejimi qaydalarına zidd olduğu üçün icazə-e-gov.az portalından ləğv edilən icazələrin sayı açıqlanıb.

 

AYNA xəbər verir ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov "Real" tv-yə müsahibəsində bildirib ki, bu günə kimi 46 360-dan çox təşkilat tərəfindən 755 min icazə daxil edilib və aktiv icazə sayı 680 mindir.

 

F.Cəfərov, həmçinin onu da qeyd edib ki, aprelin 10-dan başlayaraq indiyə qədər karantin rejimi qaydalarına zidd olan 65 min icazə icazə-e-gov.az portalından ləğv edilib.

 

O, 8103 qısa nömrəsinə göndərilən SMS-lərin ümumi sayı barədə də məlum verib:  "Bu günə kimi 8103 qısa nömrəsinə 8,2 milyon SMS göndərilib. Bunların da təqribən 64 faizinə müsbət cavab verilib. İlk günlərdə təqribən 62 faiz SMS yanlış format, aidiyyəti olmayan sözlərlə göndərilmişdi. Bu faiz get-gedə düzəlmək üzrədir. Son günlərin - dünən və bu günün statistikasına baxanda müsbət cavalandırma 80 faiz təşkil edib. İlk günlərdə isə sui-istifadə halları olurdu, yəni müəyyən nalayiq sözlər yazan və ya aidiyyəti olmayan ifadələrlə SMS göndərən şəxslər var idi. Daxili İşlər Nazirliyi tərəfindən də həmin şəxslər barəsində müəyyən tədbirlər görülür”. 

 

“Yalan SMS göndərənlər xüsusi karantin rejimini pozduqlarına görə cərimələnirlər və bundan sonra da təkrarlama halları olarsa, həmin şəxslər barəsində qanunvericiliyə uyğun olaraq, digər tədbirlər görüləcək. Son günlərdə təhlillərlə müəyyən olunub ki, gün ərzində 3 kodu üzrə (yaxın qohumun dəfnində iştirak) 30 minə yaxın müraciət olub. Gün ərzində dünyasını dəyişənlərin statistikasına baxdıqda məlum olur ki, 30 min rəqəmi həddindən artıq çoxdur. Son 8 gün ərzində 3 kodundan sui-istifadə edən şəxsləri müəyyənləşdirmişik. Həmin şəxslərə məhdudiyyətlər tətbiq edilib. Artıq o şəxslər 3 kodundan istifadə edə bilmirlər”, - deyə F.Cəfərov vurğulayıb. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş