İbrahim Məmmədov: "Vəziyyət tam nəzarət altındadır"

Cəmiyyət

01.05.2020 - 17:23

Həkimlər Klinikalar SEO Xidməti

“Ölkə iki kateqoriyaya bölünür və hər birində karantindən çıxma müxtəlif sürətlərlə tətbiq edilir”

 

“Hazırda bir-birinə zidd olan iki tendensiya müşahidə edilir. Bir tərəfdən sağalanların sayı çoxdur, lakin bu çərçivədə yoluxanların sayında da artım müşahidə olunur. Yəni ki, müsbət və mənfi tendensiyalar paralel olaraq inkişaf edir”. AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti (NK) yanında Operativ Qərargahın brifinqində NK-nın mətbuat katibi İbrahim Məmmədov deyib.

 

“Buna baxmayaraq, həkimlərimizin fədakarlığı nəticəsində vəziyyət tam nəzarət altındadır. Paralel olaraq dünyanın əksər ölkələri karantin rejimindən çıxmaq haqda öz planlarını açıqlayırlar və buna hazırlaşırlar. Operativ Qərargah da bu iki göstəricini nəzərə alaraq, bir tərəfdən karantin rejimini mayın 4-dən 31-ə qədər uzatmaq, o biri tərəfdən də, karantin rejiminin yumşaldılması haqda qərar qəbul edib. Başqa sözlə, karantin rejimi yumşaldımış formada davam edəcək. Bu yanaşma xəstəliklə mübarizənin formasına adektvat bir yanaşamdır”, - deyə o bildirib.

 

NK rəsmisi bildirib ki, yoluxma hallarının faiz etibarilə yüksək olduğu Bakı, Abşeron, Lənkəran, Sumqayıt və Gəncə şəhərlərində karantindən çıxma yavaş sürətlə, ölkənin yerdə qalan və yoluxmanın minimum olduğu, bəzi yerlədə isə heç olmadığı üçün yüksək sürətlə həyata keçiriləcək: “Yəni ölkə iki kateqoriyaya bölünür və hər birində karantindən çıxma müxtəlif sürətlərlə tətbiq edilir. Bunu karantin rejimindən iki müxtəlif yolla çıxma yanaşması kimi də adlandırmaq olar”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş