Qırmızı dənizdə İsrailin “Scarlet Ray” neft tankerinə hücum edilib
Husilər Qırmızı dənizdə İsrailin “Scarlet Ray” neft tankerinə hücum edib. Bu barədə AYNA.AZ xarici mediaya istinadən bildirir.
"İsrailə məxsus Liberiya bayrağı altında üzən tanker Səudiyyə Ərəbistanının Qırmızı dənizdəki Yanbu liman şəhərinin cənub-qərbində yaxınlıqda partlayış baş verdiyini bildirib", - məlumatda deyilir.
Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumatına görə, gəminin ekipajı “naməlum mərminin bilavasitə yaxınlığında sıçrayış olduğunu və güclü partlayış səsi eşitdiyini” bildirib. Onlar qeyd ediblər ki, bütün heyət təhlükəsizdir və gəmi öz marşrutunu davam etdirir.
Daha sonra Britaniya şirkəti qeyd edib ki, tanker açıq şəkildə İsrailə məxsus olduğu üçün Yəmən husilərinin hədəfinə "uyğundur".