Husilər İsrail aeroportuna zərbə endiriblər

Dünya

22.07.2025 - 12:17

Yəhya Saria: "Raket qoşunları unikal hərbi əməliyyat həyata keçiriblər"

Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından olan husilərin formalaşdırdığı silahlı qüvvələr Təl-Əvivdəki Ben-Qurion hava limanına hipersəs ballistik raketlə zərbə endiriblər.

AYNA.AZ TASS-a istinadən xəbər verir ki, hərəkatın hərbi nümayəndəsi Yəhya Saria əməliyyatın məqsədə çatdığını bildirib.

"Raket qoşunları Lod hava limanına (Ben-Qurion nəzərdə tutulur) "Fələstin-2" tipli hipersəs ballistik raketlə hücum edərək unikal hərbi əməliyyat həyata keçiriblər", - o, “Al Masirah” telekanalının efirində deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş