“Husilər” ABŞ-ın təyyarədaşıyan gəmisinə zərbə endiriblər

Dünya

10.01.2025 - 22:35

Həkimlər Klinikalar SEO Xidməti

“Son 48 saat ərzində Yəmən silahlı qüvvələri bir sıra hərbi əməliyyatlar həyata keçirib”

Yəmənin “Ənsar Allah” (Husilər) hərəkatı Qırmızı dənizdə ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan “USS Harry S. Truman” gəmisinə raketlər və pilotsuz uçuş aparatlarından (PUA) istifadə edərək hücum edib.  AYNA xəbər verir ki, bu barədə “Husilər”in nümayəndəsi Yəhya Sariya “Al Masirah” telekanalına deyib.

“Son 48 saat ərzində Yəmən silahlı qüvvələri bir sıra hərbi əməliyyatlar həyata keçirib. Bunlardan ən əhəmiyyətlisi ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Harry S. Truman” təyyarədaşıyan gəmisinə və onu müşayiət edən bir sıra döyüş gəmilərinə Qırmızı dənizin şimalında endirilən zərbələrdir. Hücum zamanı bir neçə qanadlı raket və pilotsuz təyyarələrdən istifadə edilib”, - hərəkat nümayəndəsi qeyd edib.

Bundan əvvəl ABŞ Yəmənin Amran əyalətində “Husilər”in yeraltı obyektlərinə zərbələr endirib. Qeyd edilir ki, ABŞ “Ənsar Allah” hərəkatının hədəflərinə ən azı 12 zərbə endirib.

Müəllif: Ayna.az