Vətəndaşlardan 202-si mənzili güzəştli ipoteka krediti hesabına əldə edib
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Hövsan Yaşayış Kompleksində 30 iyun 2020 və 3 iyul 2020-ci il tarixlərində “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş ümumilikdə 249 mənzildən 224-nün alqı-satqısı başa çatdırılıb.
Bu barədə MİDA-dan AYNA-ya verilən məlumatda bildirilib. Qeyd edilib ki, mənzilə sahib olmuş vətəndaşlardan 22-si mənzili öz vəsaiti hesabına, 202-si isə güzəştli ipoteka krediti hesabına əldə edib.
Satışın nəticələri barədə statistik məlumatlarla buradan tanış ola bilərsiniz.