Hökumət həftə sonları xüsusi karantin rejimi tətbiq edə bilər

Xəbərlər

29.05.2020 - 19:17

cedabet dərman SEO Xidməti

Ramin Bayramlı: “İyun ayındakı bayram günləri ərzində ümumi qapanışa gedə bilərik”

 

“Həftənin şənbə və bazar günlərində xüsusi karantin rejiminin tətbiq edilməsi mümkün ola bilər. Bununa bağlı xüsusi alqoritmlər də var”.

 

AYNA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı belə deyib. “Epidemioloji vəziyyətdən asılı olaraq, növbəti günlərdə həftə sonları və iyun ayında olacaq bayram günləri ərzində ümumi qapanışa gedə bilərik”, - o bildirib.

 

Bayramlı xaricdən ölkəyə gələn şəxslərlə bağlı mövcud vəziyyətə də aydınlıq gətirib: “Hazırda xaricdən gələn 800-ə yaxın şəxs karantindədir. Onların arasında virus aşkar olunan kifayət qədər şəxs var”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş