İsrail ordusu Hizbullahın siyasi və hərbi elitasını sistemli şəkildə məhv etməyə davam edir
İsrail ordusu Hizbullahın siyasi və hərbi elitasını sistemli şəkildə məhv etməyə davam edir. AYNA xəbər verir ki, İsrail ordusunun Mətbuat Xidməti bu gün günorta saatlarında Hizbullah əks-kəşfiyyatının rəhbəri və şiə təşkilatının Mərkəzi Şurasının üzvü Nabil Kaukun öldüyünü açıqlayıb.
Hizbullah mənbəsi dünən gecə Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” kanalına bildirib ki, İsrail ordusu Beyrutun cənubundakı Hizbullahın tanınmış simasının qaldığı evi bombalayıb. Cəmi bir neçə saat əvvəl Kauk livanlılara Hizbullahın baş katibi Həsən Nəsrullahın Dahiya bunkerinə misli görünməmiş zərbə nəticəsində öldüyü barədə məlumat verib.
60 yaşlı Kauk bir çox şiə liderləri kimi, İranın Qum şəhərindəki dini məktəbdə oxuyub və İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təlimatçıları ilə təlim keçib. O, uzun illər Hizbullahın Cənubi Livan üzrə İcraiyyə Komitəsinin kuratoru olub və Livanın şiə əhalisi ilə təmaslarda hərəkatın nümayəndəsi olub.
Kauk Hizbullahın rəhbər eşalonunda mühüm vəzifə tutmuş və Nəsrullahın varisi kimi tanınan Haşim Səfiəddinin müavini olmuşdur.
İsrail artıq İkinci Livan müharibəsi zamanı Nabil Kaukun Tiredəki ofisini bombalayaraq öldürməyə çalışmışdı.
2020-ci ilin oktyabr ayından Kauk ABŞ Maliyyə Nazirliyinin terrorçular siyahısındadır.