“Hizbullah” İsrailə 100 raket atıb

Dünya

12.03.2026 - 10:07

Hücum üç dalğada həyata keçirilib

“Hizbullah” bir gündə İsrailə ən azı 100 raket atıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Bildirilib ki, hücum üç dalğada həyata keçirilib. Qolan təpələri yaxınlığındakı İsrailin şimalındakı Kiryat Şmona və Hayfa şəhərlərində hava hücumu sirenləri səslənib. İsrail qoşunları vətəndaşları sığınacaq tapmağa çağırıb.

“The Times of Israel” yazıb ki, bu, “Hizbullah”ın hazırkı münaqişənin başlanğıcından bəri ən böyük hücumudur. Heç bir itki barədə məlumat verilməyib.

 

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş