Təşkilat Hayfanın cənubundakı “döyüş qabiliyyətinin saxlanılması və bərpası” üçün olan bazanı hədəf alıb
“Hizbullah” döyüşçüləri bazar günü İsrailin şimalındakı Hayfa şəhəri yaxınlığındakı İsrail hərbi bazasına pilotsuz uçuş aparatları ilə hücum edib. AYNA xəbər verir ki, bu barədə “Al Arabia” telekanalı məlumat yayıb.
“Hizbullah” açıqlayıb ki, Hayfanın cənubundakı “döyüş qabiliyyətinin saxlanılması və bərpası” üçün olan bazanı hədəf alıb.
Eyni zamanda, İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağından idarə olunmayan raketlər atdığını bildirib. Onların işə salınması Aşkelon şəhərində və onun ətrafında hava hücumu sirenlərinin səslənməsinə səbəb olub.