Hindistanda torpaq sürüşməsində ölənlərin sayı 70-i keçib

Dünya

30.07.2024 - 16:58

Həkimlər Klinikalar SEO Xidməti

Yüzlərlə insanın dağıntılar altında qaldığı ehtimal olunur

Hindistanın Kerala ştatında torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 73-ə çatıb. AYNA xarici mediaya istinadən bildirir ki, Vayanadda axtarış-xilasetmə işlərini Hindistanın Milli Fəlakətlərin İdarə Edilməsi Qüvvələrinin nümayəndələri, yanğınsöndürənlər və polis əməkdaşları həyata keçirirlər.

Ümumilikdə 100-ə yaxın insan xilas edilib.

Qeyd edək ki, torpaq sürüşməsi Kerala əyalətinin şimal-şərqindəki dağlıq ərazilərdə baş verib. Yüzlərlə insanın dağıntılar altında qaldığı ehtimal olunur. Bu səbəbdən ölən və yaralananların sayının arta biləcəyi istisna edilmir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş