Hindistanda avtobus qəzası: 18 nəfər ölüb

Dünya

10.07.2024 - 10:39

Həkimlər Klinikalar SEO Xidməti

Dehliyə gedən avtobus Unnao rayonunda süd tankerinə çırpılıb

Hindistanın Uttar Pradeş ştatında iri sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 18 nəfər ölüb. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət məlumat yayıb.

Məlumata görə, Dehliyə gedən avtobus Unnao rayonunda süd tankerinə çırpılıb. Ümumilikdə avtobusda 50 nəfər olub.

“Bu gün saat 05:15 radələrində (Bakı vaxtı ilə 03:45) Biharın Motihari şəhərindən hərəkət edən avtobus süd tankeri ilə toqquşub. Hadisə nəticəsində 18 nəfər ölüb, 19 nəfər yaralanıb. İlkin araşdırmalar avtobusun sürət həddini aşdığını göstərir”, – yerli administrasiya rəsmisi jurnalistlərə bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş