Gəmilər qanunsuz neft daşıdıqlarına görə ABŞ sanksiyaları altında olub
Hindistan Sahil Mühafizəsi dəniz əməliyyatı zamanı üç neft tankerini saxlayaraq beynəlxalq neft qaçaqmalçılığı şəbəkəsini pozub. AYNA.AZ xəbər verir ki, bu barədə “Times of India” qəzeti məlumat yayıb.
Bildirilib ki, gəmilər qanunsuz neft daşıdıqlarına görə ABŞ sanksiyaları altında olub.
Məlumata görə, cinayətkar qrup "münaqişəli bölgələrdən tankerlərə ucuz neft daşımaq üçün beynəlxalq sularda neft daşınmasından istifadə edib və sahil dövlətlərinə rüsum ödəməkdən yayınıb".
Həbsdən sonra gəmilər əlavə araşdırma aparmaq və işin hüquq-mühafizə orqanlarına təhvil verilməsi üçün Mumbay limanına yönəldilib.