Hindistan koronavirusa yoluxmada Çini ötüb

Cəmiyyət

16.05.2020 - 12:18

Həkimlər Klinikalar SEO Xidməti

Hindistanda koronavirusla bağlı son vəziyyət açıqlanıb

 

Hindistanda pandemiyanın ağır mərhələsi başlayıb. Ölkədə yoluxma və ölüm halları artıb, say etibarı ilə virusun başladığı Çini keçib. AYNA xarici mediaya istinadən xəbər verir ki, ölkədə tək virus deyil, qəzalar da ölümlərə səbəb olub. Son olaraq iqdisadi çətinlik yaşayan, işsiz qalan minlərcə insan evlərinə döndüyü zaman yaranan növbələrdə qəza nəticəsində 24 nəfər ölüb. Hindistan karantini yumşaltmağa doğru getsə də, uzun növbələrdə təhlükəsizlik tədbirlərinə əməl etməyən insanlar arasında yoluxma yüksəlib.


Hindistan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə 85 940 nəfərdə yoluxma faktı aşkarlanıb. Müqayisə etsək, Çində bu yoluxma göstəricisi 82 941 nəfərdir. Həyatını itirənlər isə 2753 nəfərdir. 


Qeyd edək ki, hazırda Çində ən böyük problem pandemiyanın ikinci dalğası ilə müabrizədir. Məsələ ondadır ki, yoluxan insanların çoxu asemptomatik formada aşkar olunub.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş