Əməliyyat ödənişlə bağlı problem olmadan başa çatıb
Hindistan Yaxın Şərq böhranı fonunda İran neftinin alışını bərpa edib. AYNA.AZ-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Hindistan Neft və Təbii Qaz Nazirliyi “X” sosial şəbəkə hesabında xəbər yayıb.
ABŞ sanksiyaları səbəbindən Tehrandan Hindistana çatdırılma 2019-cu ildə dayandırılıb. “Reuters” qeyd edib ki, Hindistan o vaxtdan bəri İran neftini idxal etməyib.
Agentliyin məlumatına görə, əməliyyat ödənişlə bağlı problem olmadan başa çatıb.
"Yaxın Şərqdə təchizatda fasilələr olduğu bir şəraitdə Hindistan neft emalı zavodları özlərini lazımi miqdarda xam neftlə, o cümlədən İrandan da təmin ediblər. Yayılan şayiələrin əksinə olaraq, İran neftinin idxalına görə ödəmədə heç bir maneə olmayıb", - deyə məlumatda bildirilir.