Hikmət Hacıyev Vaşinqtonda görüşlər keçirib

Xəbərlər

10.09.2025 - 15:16

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Vaşinqtonda bir sıra görüş keçirib. AYNA.AZ xəbər verir ki, bu barədə Prezidentin köməkçisinin “X” sosial şəbəkə səhifəsində paylaşım edilib.

“Hikmət Hacıyevin senator Stiv Daines və Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri, konqresmen Brayan Mast ilə görüşləri zamanı tərəflər Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında avqustun 8-də Vaşinqtonda keçirilən sammitin strateji əhəmiyyətini və onun Azərbaycan-Amerika münasibətləri və regional sülh üçün müsbət nəticələri vurğulanıb”, - paylaşımda qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş