Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb

Xəbərlər

31.07.2025 - 16:28

"Ölkələrimiz arasında strateji əməkdaşlığı dərinləşdirməyin yollarını müzakirə etdik"

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev arasında görüş olub.

AYNA.AZ xəbər verir ki, bununla bağlı səfir Yuri Husyev özünün "X" hesabında paylaşım edib.

“Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə məhsuldar görüşümüz oldu. Ölkələrimiz arasında strateji əməkdaşlığı dərinləşdirməyin yollarını müzakirə etdik. Azərbaycanın Ukrayna ilə həmrəyliyi və davamlı dəstəyi üçün minnətdaram”, - deyə səfir qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş