Həyətində çətənə becərən şəxs tutulub – <font color=red> VİDEO</font>

Hadisə

02.09.2020 - 14:59

Həkimlər Klinikalar SEO Xidməti

Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkdiyini bildirib

 

Narkotik tərkibli bitkiləri, aqrotexniki qaydada qulluq edərək yetişdirən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

 

Bildirilib ki, idarənin əməkdaşlarının keçirdikləri tədbir zamanı Abşeron rayonu, Qobu qəsəbəsinin sakini Elşən Muxtarov tutulub. Onun üzərindən 15 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilib.

 

Elşən Muxtarovun Qobu qəsəbəsindəki evinə baxış zamanı əlavə olaraq iki kiloqram 800 qram qurudulmuş marixuana və həyətində kultivasiya yolu ilə yetişdirdiyi yaş halda çəkisi doqquz kiloqrama yaxın olan səkkiz ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkdiyini bildirib.

 

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Elşən Muxtarov təqsirləndirilən şəxs qismində tutularaq istintaqa cəlb olunub. Onun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş