Heydər Əliyev Sarayına yeni direktor təyin olunub

Xəbərlər

25.11.2023 - 11:58

Mədəniyyət naziri yeni təyinat edib

Heydər Əliyev Sarayının direktoru vəzifəsinə direktor təyinatı olub. AYNA-nın məlumata görə, mədəniyyət naziri Adil Kərimli bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, İlham Zakir oğlu Qasımov Heydər Əliyev Sarayının direktoru təyin edilib.

İlham Qasımov 1977-ci ildə anadan olub. 1998-ci ildə Azərbaycan Texniki Universitetini bitirib.

1992–1996-cı illərdə “Şən və Hazırcavablar Klubu”nun (ŞHK) üzvü olub. 1994–1995-ci illərdə ŞHK-nin universitetlərarası çempionatında qalib adını qazanıb.

İ.Qasımov 1999-2000-ci illərdə ABA TV-də (Azerbaijan Brodcasting Agency) layihə müəllifi, rejissor və aparıcı vəzifələrində çalışıb. 2000-ci ildən etibarən müxtəlif televiziya layihələri, teatral quruluşlar, konsert proqramları və reklam filmləri layihələrini həyata keçirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş