Həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Xəbərlər

14.04.2022 - 19:27

Həkimlər Klinikalar SEO Xidməti

Yasin Məhərrəmov tutularaq istintaqa cəlb edilib

Aprelin 14-də saat 18 radələrində Mingəçevir şəhəri ərazisində 1997-ci il təvəllüdlü Şaxanım Ələkbərovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

AYNA xəbər verir ki, bu barədə Mingəçevir Şəhər Prokurorluğu məlumat yayıb.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin keçmiş əri 1994-cü il təvəllüdlü Yasin Məhərrəmovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Şaxanım Ələkbərovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Yasin Məhərrəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş