Qəzanın səbəbi hələlik müəyyən edilməyib
Əlcəzair Respublikasında Rusiya istehsalı olan “Suhoy Su-30” tipli hərbi təlim təyyarəsi qəzaya uğrayıb.
AYNA xəbər verir ki, bu barədə Əlcəzairin Ən-Nəhar televiziya kanalının saytında məlumat verilib.
Məlumatda, pilot kabinəsində yer alan pilot və köməkçisinin qəza nəticəsində öldüyü bildirilib.
Lakin qəzanın səbəbi hələlik müəyyən edilməyib.
Əlcəzair Prezidenti Abdulməcid Təbbun da hərbi təlim təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən pilotların ailələrinə başsağlığı verib.