Hərbi hissələrin döyüş qabiliyyətinin artırılması müzakirə olunub

Xəbərlər

05.04.2024 - 10:54

cedabet dərman SEO Xidməti

Qoşun xidməti və döyüş növbətçiliyinin təşkilinin daha da təkmilləşdirilməsi ilə bağlı tapşırıqlar verilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına əsasən, hərbi hissələrdə birinci rübün nəticələrinə dair yekun iclaslar keçirilib. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

İclaslarda hərbi hissələrin döyüş qabiliyyətinin artırılması və xidməti-döyüş fəaliyyətinin təşkilinə dair cari ilin birinci rübü ərzində görülən işlər, yerinə yetirilən tapşırıqlarla bağlı məruzələr dinlənilib, döyüş hazırlığının, qoşun xidmətinin, maddi-texniki təminat və hərbi intizamın vəziyyəti geniş təhlil olunub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu vəzifələr, müdafiə naziri general-polkovnik Zakir Həsənovun xidməti-döyüş fəaliyyətinin, qoşun xidməti və döyüş növbətçiliyinin təşkilinin daha da təkmilləşdirilməsi ilə bağlı tapşırıqları diqqətə çatdırılıb.

Sonda birinci rübün yekununa əsasən hərbi xidmətdə fərqlənən hərbi qulluqçular təltif ediliblər.

Hərbi hissələrin döyüş qabiliyyətinin artırılması müzakirə olunub
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş