"Həqiqi hərbi xidmət müddətinin azaldılması müzakirə mövzusu deyil"

Xəbərlər

17.12.2024 - 11:27

Həkimlər Klinikalar SEO Xidməti

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb

"Həqiqi hərbi xidmət müddətinin azaldılması məsələsi müzakirə mövzusu deyil". AYNA xəbər verir ki, bu sözlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaydığı məlumatda əksini tapıb.

"Son günlər "Hərbi vəzifə və hərbi xidmət haqqında" və "Səfərbərlik hazırlığı və səfərbərlik haqqında" qanunlara, habelə "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"yə bir sıra dəyişikliklərin edilməsi məsələsi cəmiyyətdə geniş müzakirə olunur. Lakin əfsuslar olsun ki, bəzi xəbər saytlarında, sosial şəbəkə səhifələrində tirajlanan xəbərlər, həmçinin ekspertlər tərəfindən bildirilən fikirlər ictimaiyyət arasında çaşqınlıq yaradıb. Bəli, SHXÇDX qanunun müvafiq müddəalarının təkmilləşdirilməsinə dair təkliflər verib və layihə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə təqdim edilib. Hazırda komitə üzvləri tərəfindən dəyişikliklər müzakirə olunub və Milli Məclisin plenar iclasına çıxarılıb. Milli Məclis tərəfindən qəbul edildiyi və ölkə başçısı tərəfindən imzalandığı təqdirdə qanunun yeni müddəaları qüvvəyə minəcək. Ona görə də bir daha bildiririk ki, hələlik qanuna heç bir dəyişiklik edilməyib. Sadəcə, bir qədər səbirli olub, nəticəni gözləmək lazımdır”, - deyə qeyd olunub.

“Dəyişikliklər bir sıra yenilikləri nəzərdə tutur. Lakin həqiqi hərbi xidmət müddətinin azaldılması məsələsi müzakirə mövzusu deyil. Yəni ali təhsilli çağırışçılar, əvvəllər olduğu kimi, 12 ay, digər hallarda isə 18 ay müddətində həqiqi hərbi xidmətə gedəcəklər", - məlumatda əlavə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş