HƏMAS Qəzza ilə bağlı İsraillə razılaşmağa hazırdır

Dünya

28.10.2024 - 11:59

Həkimlər Klinikalar SEO Xidməti

“Əgər Netanyahu əvvəllər razılaşdırılmış məsələləri həyata keçirməyi öhdəsinə götürərsə, razılaşma əldə oluna bilər”

Fələstinin radikal HƏMAS hərəkatının yüksək səviyyəli rəsmisi Dohada müharibəni dayandırmaq və girovları azad etmək üçün danışıqların davam etdirildiyi bir vaxtda qruplaşmanın Qəzza məsələsində “İsraillə razılaşmaya açıq olduğunu" bəyan edib. AYNA xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti yazıb.

Onun məlumatına görə, Qətərdəki HƏMAS Siyasi Bürosunun üzvü Hussam Bədran bəyanatda razılığın əldə olunmasının mümkünlüyünü təsdiqləyib: “Tələblərimiz aydındır. Əgər İsrailin Baş naziri Benyamin Netanyahu əvvəllər razılaşdırılmış məsələləri həyata keçirməyi öhdəsinə götürərsə, razılaşma əldə oluna bilər”.

Bədranın bəyanatının Misirin Qəzzada dörd israilli girovu bir neçə fələstinli əsirlə dəyişdirmək üçün iki günlük atəşkəs təklifinə reaksiya olub-olmadığı bəlli deyil.

Bundan əvvəl Səudiyyə Ərəbistanının “Əl Ərəbiyyə” xəbər kanalı İsrailin mümkün hərtərəfli razılaşmanın bir hissəsi hesab etməyə razılaşacağı təqdirdə HƏMAS-ın Misirin təklifini qəbul etməyə hazır olduğunu bildirmişdi.

“The Times of Israel” yazır ki, HƏMAS-dakı mənbələr Səudiyyə Ərəbistanının “Asharq News” kanalına bildiriblər ki, qrup parça-parça razılaşmalardansa, İsraillə hərtərəfli nizamlama sazişi bağlamağa üstünlük verir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş