HƏMAS İsraili Qəzzada atəşkəsi pozmaqda ittiham edib

Dünya

14.10.2025 - 17:48

"İsrail ordusu tərəfindən bir neçə qəzzalının öldürülməsi atəşkəs rejiminin pozulmasıdır”

Fələstinin HƏMAS hərəkatı İsrail Müdafiə Qüvvələrini (IDF) İsrail qüvvələrinin əli ilə anklavda bir neçə fələstinlinin ölümündən sonra Qəzza zolağında atəşkəsi pozmaqda ittiham edib. AYNA.AZ xəbər verir ki, HƏMAS-ın sözçüsü Hazem Qasem bu barədə öz “Telegram” kanalında açıqlama yayıb.

Qasem yazıb: "İsrail ordusu tərəfindən bir neçə qəzzalının öldürülməsi atəşkəs rejiminin pozulmasıdır. Biz bir daha sizdən İsrailə nəzarəti gücləndirməyinizi və onun vasitəçilər qarşısında öhdəliklərindən yayınmasına imkan verməməyinizi tələb edirik".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş