HƏMAS-ın batalyon komandiri öldürülüb

Dünya

19.07.2025 - 08:39

“İDF və Şin Bet HƏMAS-ın “Dərrac Tuffah” batalyonunun komandiri Məhəmməd Uteni məhv edib”

İsrail HƏMAS-ın “Dərrac Tuffah” batalyonunun komandirinin məhv edildiyini açıqlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) və Şin Bet Təhlükəsizlik Xidmətinin (Şabak) birgə bəyanatında qeyd olunub.

“Son bir həftə ərzində İDF və Şin Bet HƏMAS-ın “Dərrac Tuffah” batalyonunun komandiri Məhəmməd Uteni məhv edib”, - deyə məlumatda vurğulanıb.

Qeyd olunub ki, Məhəmməd Uteni 2023-cü il 7 oktyabr hücumunda iştirak edib və müharibə zamanı qoşunlara qarşı çoxsaylı terror aktları həyata keçirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş