Qəzzada həlak olan fələstinlilərin sayı 38 min 153 nəfərə çatıb
Son sutka ərzində Qəzza zolağında 55 fələstinli ölüb, daha 123 nəfər yaralanıb. AYN A xarici mediaya istinadən bildirir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.
Beləliklə, İsrail Ordusunun 2023-cü ilin oktyabrından Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 38 153 nəfərə, yaralananların sayı 87 828 nəfərə çatıb.