Həkimlərin əməkhaqlarına edilən əlavənin müddəti uzadılıb

Xəbərlər

10.07.2021 - 14:53

Həkimlər Klinikalar SEO Xidməti

Baş nazir Əli Əsədov qərar imzalayıb 

 

Nazirlər Kabinetinin "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarında dəyişiklik edilib.

 

AYNA-nın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti avqustun 1–dək uzadılıb.

 

Qeyd edək ki, bu müddət iyunun 1-də başa çatmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş