Parlamentdə işə qəbulla bağlı da komissya yaradılıb
Oktyabrın 1-dən etibarən İctimai TV-də həftədə bir dəfə Milli Məclisin fəaliyyətini işıqlandıran 45 dəqiqəlik veriliş yayımlanacaq. AYNA xəbər verir ki, bu barədə Milli Məclisin Sədri Sahibə Qafarova deyib.
Spiker bildirib ki, Milli Məclisdə işə qəbulla bağlı da ilk dəfə komissya yaradılıb: “Milli Məclisin İşlər Idarəsində yardımçı vəzifələrdə çalışan əməkdaşlarla əmək müqavilələri bağlanılıb. Eyni zamanda Milli Məclisin Aparatında nöqsanların araşdırılması və aşkara çıxarılması üçün Milli Məclisin katibliyində İcraya Nəzarət Komissiyası yaradılıb. Aparatda 8 nəfərdən 3 nəfərə, İşlər idarəsində 23 nəfərdən 2 nəfərə endirilib. Nazirlər Kabinetinin 120 saylı qərarına uyğun olaraq minik avtomibilləri üçün yürüş hədləri müəyyən edilib. Eyni zamanda ezamiyyətlər üçün xüsusi qrafik hazırlanıb”.