Həcc ziyarəti ilə bağlı çağırış

Xəbərlər

03.01.2026 - 14:21

“Ramazan ayının 1-dən vizaların verilməsi prosesinə start veriləcək və ay yarım ərzində yekunlaşacaq”

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Həcc ziyarəti ilə bağlı çağırış edib. AYNA.AZ-ın xəbərinə görə, QMİ-nin Xarici əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri APA-ya bildirib ki, Səudiyyə Ərəbistanı Həcc və Ümrə nazirliynin dünyadakı bütün Həcc missiyalarına Həccə qeydiyyat prosedurlarının erkən bitirilməsini ciddi şəkildə tələb edir:

"Belə ki, Ramazan ayının 1-dən vizaların verilməsi prosesinə start veriləcək və ay yarım ərzində yekunlaşacaq. Ona görə, Həccə niyyətli olan vətəndaşlarımızdan xahiş edirik ki, yubanmadan gəlib qeydiyyata alınsınlar. Kvotanın dolub-dolmamasınsan asılı olmayaraq sənədlərin qəbulu 15 fevral tarixində bitəcək".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş