Həbsxanaya corabın içərisində telefon keçirilməsinin qarşısı alınıb

Xəbərlər

14.12.2023 - 16:08

Daxilində iki ədəd danışıq kartı olan mobil telefon aparatı aşkar olunub

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı istintaq təcridxanasına mobil telefon aparatının keçirilməsinin qarşısı alınıb. AYNA xəbər verir ki, bu barədə Penitensiar Xidmət məlumat yayıb.

Bildirilib ki, həbs edilmiş şəxs Elşad Allahverdi oğlu Zəkiyevlə görüşə gəlmiş həyat yoldaşı Səidə Əlikram qızı Zəkiyevanın əşyalarına və üzərinə baxış keçirilən zaman corabının içində gizlətdiyi və daxilində iki ədəd danışıq kartı olan mobil telefon aparatı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş