Havanın maksimal temperaturu iqlim normasından 4 dərəcə yuxarı olub - FAKTİKİ HAVA

Xəbərlər

30.03.2024 - 11:19

Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb

Martın 30-u saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti sabit olub, əsasən yağmursuz keçib.

Bu barədə AYNA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, qar örtüyü tədricən əriyib, Şahdağda 14 sm olub.

Sumqayıt, İmişli, Cəfərxan, Şabran, Astarada dumanmüşahidə olunub, görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın maksimal temperaturu iqlim normasından 4 dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında 19 dərəcəyədək isti, Naxçıvan MR-da 16-21 dərəcə isti, Aran rayonlarında 19-22 dərəcə isti, dağlıq rayonlarda 15 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 6 dərəcəyədək isti olub.

Müəllif: Ayna.az