Harris Trampı qabaqlayır – SORĞU

Dünya

28.08.2024 - 10:57

Həkimlər Klinikalar SEO Xidməti

Harris ABŞ seçiciləri arasında keçmiş Prezident Donald Trampı 4 xal qabaqlayıb

ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris ötən həftə Demokratlar Partiyasının Milli Qurultayından sonra keçirilən sorğuya əsasən, rəqibi, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı qabaqlayıb. AYNA xəbər verir ki, bu barədə “Newsweek” Florida Atlantik Universitetinin Siyasi Kommunikasiyalar və İctimai Rəyin Tədqiqi Laboratoriyasının (PolCom Lab) sorğusuna istinadən yazıb.

Harris ABŞ seçiciləri arasında keçmiş Prezident Donald Trampı 4 xal qabaqlayıb. Avqustun 23-dən 25-dək sorğuda iştirak edən 929 qeydiyyatdan keçmiş amerikalı seçicinin 47 faizi Harrisi dəstəkləyib, respondentlərin 43 faizi isə Trampa səs verəcəyini deyib.

Bundan əlavə, demokratlaerın namizəd “PolCom Lab” tərəfindən keçirilən sorğuya əsasən də liderdir. Sorğunun nəticələrinə görə, 49 faiz Harrisi, 45 faiz isə Trampı dəstəkləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş